Ru
16:49 / 23 Sentyabr 2026

Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla avtoşluq etdi - VİDEO

Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla avtoşluq etdi - VİDEO
Eye

Bərdə-Ağdam yolunda üzərində “Şəhid anası” yazısı olan avtomobillə yol hərəkəti qaydalarını kobudcasına pozan şəxs məsuliyyətə cəlb edilib.

"Bakupost" xəbər verir ki, Baş DYP İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq “Toyota Prius” markalı, 77 BC 843 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə profilaktik tədbirlər görülməklə, yol verdiyi qayda pozuntularının aradan qaldırılması təmin edildiyi bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bərdə-Ağdam yolunda “Toyota Prius” markalı avtomobilin arxa dövlət qeydiyyat nişanının çıxarıldığı, qırmızı işıqdan keçdiyi, təhlükəli manevr etdiyi və polisin “saxla” əmrinə tabe olmadığı bildirilib. Həmin avtomobilin üzərində “Şəhid anası” sözlərinin yazılması da diqqəti cəlb edib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar