Rusiyalı turistin Azərbaycanda taksidə yaşadığı anlar sosial şəbəkələrdə maraq doğurub.
“Bakupost” xəbər verir ki, sürücü qadınla ünsiyyət qurmaq üçün qardaşından kömək istəyib. Qardaşı telefon vasitəsilə tərcümə edərək turistlə sürücü arasında danışığı təmin edib.
O, daha sonra turistə sürpriz edib. Belə ki, qadına qardaşına gediş haqqı almamağı tapşırdığını və onun qonaq olduğunu deyib.
Bu jest qarşısında duyğulanan turist qadın sevincini gizlədə bilməyib.
Lalə, BakuPost