Ru
13:21 / 25 Mart 2026

“Üzüklərin əfəndisi” silsiləsində yeni film — “Keçmişin kölgəsi”

“Üzüklərin əfəndisi” silsiləsində yeni film — “Keçmişin kölgəsi”
Eye

“Warner Bros.” studiyası dünyaca məşhur “Üzüklərin əfəndisi” (“The Lord of the Rings”) film silsiləndə yeni bir layihənin işlənildiyini açıqlayıb. “The Lord of the Rings: Shadow of the Past” (“Üzüklərin Əfəndisi: Keçmişin Kölgəsi”) adı ilə tanınacaq yeni film “The Hunt for Gollum”la (“Qolumun oğurlanması”) birlikdə ərsəyə gətirilir.

Bakupost.az “The Guardian”a istinadən xəbər verir ki, bu xəbər məşhur rejissor Peter Cekson tərəfindən sosial şəbəkələrdə yayımlanan video ilə yayılıb. Bildirilib ki, filmin ssenarisi Stefen Kolbert, Filippa Boyens və Peter MakQi tərəfindən yazılır. Kolbert uzun müddətdir məşhur yazıçı Con Rolan Tolkien filmlərinin pərəstişkarı kimi tanınır və yeni film üçün ideyanı özü irəli sürüb.

Filmin hekayəsi Frodonun Valinora getməsindən 14 il sonra baş verir. Şam, Meri və Pippin əvvəlki macəralarının izlərini təkrar araşdırmaq üçün yola çıxırlar. Bu zaman Şamın qızı Elanor, üzük müharibəsinin hələ başlamazdan əvvəl uzun müddət gizlədilmiş bir sirri aşkara çıxarır.

Peter Cekson, Kolbert və ssenari heyətinin hazırladığı bu film “Üzüklərin əfəndisi” silsiləsinin yeni baxış bucağı ilə davam etdirməyi hədəfləyir. Yeni layihə ilə yanaşı rejissoru Endi Serkis olan “The Hunt for Gollum” filminin də çəkilişləri gedir və bu layihə də orta dünya hekayələrini daha dərindən üzə çıxaracaq.

Filmin çəkilişlərinə rəsmi başlanma tarixi və kasting açıqlanmayıb, lakin bu layihə Tolkien əsərinin pərəstişkarları arasında böyük maraq doğurur.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar