Ru
22:19 / 14 Yanvar 2026

"Valideynlərimin yasına gəlmədin, nə umursan?" - Rəqsanəyə AĞIR SÖZLƏR

"Valideynlərimin yasına gəlmədin, nə umursan?" - Rəqsanəyə AĞIR SÖZLƏR
Eye

Teleaparıcı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Rəqsanə İsmayılova ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, Rəqsanənin həbsdən sonra verdiyi açıqlamada Xoşqədəm Hidayətqızından incik olduğunu bildirməsinə aparıcı "Səni axtarıram" verilişində münasibət bildirib.

O, qeyd edib ki, bu mövzu ilə bağlı indiyədək danışmasa da, artıq açıqlama verməyi lazım bilib:

"Rəqsanə məndən küsür ki, onunla maraqlanmamışam. Bizim münasibətimiz yalnız efir çərçivəsində olub, normal ünsiyyətimiz vardı. O, atasını axtaranda mənim verilişimə çıxmışdı. Amma ona niyə sual vermirsiniz ki, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldinmi?"

Xoşqədəm Hidayətqızı bildirib ki, ötən il ağır itkilər yaşayıb:

"Apreldə anamı, iyunda isə atamı itirdim. Özün gələ bilmirdinsə, Bakıda qızın, qohumların var idi, onlar gələ bilərdi. Amma indi məndən nəsə gözləyirsən".

Teleaparıcı buna baxmayaraq, Rəqsanəyə yardım etmək istədiyini vurğulayıb:

"Onun işlədiyi insanlara zəng edib demişdim ki, hansı kömək lazımdırsa etməyə hazıram. Vəkili vardı, proses qanuna uyğun gedirdi. Mən bu məsələdə onun yaxınları ilə maraqlanmışdım".

Xoşqədəm Hidayətqızı sonda çətin günlərdə insanların bir-birinə dayaq olmasının vacibliyini qeyd edib:

"Ağır günlərdə hər kəs kiminsə qapısını döyəcək. Ona görə də o anlarda bir-birinizin yanında olmağa çalışın. Hətta sevmədiyiniz insan olsa belə, pis günündə gedib ona sarılın".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar