Rusiya ilə Azərbaycan və Ermənistan arasında əməkdaşlıq bütün sahələrdə davam edəcək.
Bakupost.az Ura.ru-ya istinadən bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavab olaraq qeyd edib ki, Bakı və İrəvanın ABŞ ilə münasibət qurması iki respublikanın suveren hüququdur.
“Müstəqil dövlətlərdir və onların müxtəlif ölkələrlə münasibət qurmaq üçün suveren hüququ var. Eyni zamanda həm Bakı, həm də İrəvanla bizim geniş ikitərəfli münasibət kompleksimiz mövcuddur və bu münasibətlər bütün mümkün sahələri əhatə edir. Təbii ki, biz tərəfdaşlarımızla bu münasibətləri daha da inkişaf etdirməyi planlaşdırırıq ki, bu, yalnız bizim üçün deyil, həm də onların xeyrinə olsun”.
O əlavə edib ki, Rusiya və Ermənistanı İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində inteqrasiya layihələri birləşdirir: “Ehtimal ki, heç kəs İƏT-in ölkənin iqtisadi inkişaf tempinin qorunmasında oynadığı rolu mübahisələndirməz. Bu rol açıq-aşkar görünür. Ümid edirik ki, bu əməkdaşlıq davam edəcək”.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Ceyms Vens iki günlük Qafqaz turunu başa vurub. Ermənistan və Azərbaycanla bir sıra razılaşmalar, o cümlədən hərbi-texniki əməkdaşlıqla bağlı sənədlər imzalanıb.
Cavid, BakuPost