İrana qarşı təcavüzün tamamilə dayandırılması vəziyyətin normallaşmasının yeganə həllidir.
Bakupost.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu Avropa Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı deyib.
"Vəziyyətin normallaşmasının həlli onların (ABŞ və İsrailin) təcavüzünə son qoymaqdır. Biz heç vaxt gərginlik və ya müharibə axtarmamışıq və bu müharibəni müəyyən şərtlər altında, xüsusən də təcavüzün təkrarlanmayacağına dair zəruri zəmanətlərlə bitirmək üçün lazımi iradəyə sahibik", - deyə o bildirib.