Ru
14:39 / 15 Sentyabr 2025

VHP rəhbərliyi Türk Şəhidliyini ziyarət etdi - FOTO

VHP rəhbərliyi Türk Şəhidliyini ziyarət etdi - FOTO
Eye

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi Türk Şəhidliyini ziyarət edib.

Bakupost.az-ın xəbərinə görə, Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad edilməsinin 107-ci ildönümü münasibətilə keçirilən ziyarətdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan igidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Partiyanın sədri, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında tarixi məqamlara toxunaraq bildirib ki, Bakının işğal altında olduğu, paytaxtın müvəqqəti olaraq Gəncəyə köçürüldüyü dövrdə Məmməd Əmin Rəsulzadə Türkiyədən hərbi yardım xahiş etmişdi. Ənvər Paşa isə öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun başçısı təyin edərək Bakını xilas etmək üçün göndərmişdi.

Sabir Rüstəmxanlı Nuru Paşanın qəhrəmanlığından, türk əsgərlərinin azərbaycanlılarla çiyin-çiyinə göstərdikləri şücaətdən danışaraq vurğulayıb ki, 15 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu şərəfli səhifəni Nuru Paşanın rəhbərliyi ilə türk əsgərləri və azərbaycanlı döyüşçülər birlikdə yazıblar.

Ayxan,
BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar