Ru
12:23 / 29 Noyabr 2019

Vilayət Eyvazov Lənkərana yeni rəis təyin etdi

22351
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

BakuPost strateq.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Yeni rəis – Fəqan Azadəliyev 1978-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər DİN BMCMİ-də işləyib, daha sonra isə Yardımlı və Göranboy rayon polis şöbələrinin rəisi vəzifələrini tutub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər