Ru
10:05 / 03 Noyabr 2020

Vyana terrorunda ölənlərin sayı 3-ə çatdı VİDEO - YENİLƏNİB 2

40651

Vyana terrorunun qurbanlarının sayı üçə çatıb.


Bu barədə TASS ölkənin Daxili İşlər naziri Karl Nexammerin açıqlamasına istinadən xəbər verir:


“Üç nəfər ölüb, onlar mülki şəxslərdir. Ölən şəxslərdən dördüncüsü cinayətkardır”.


Nexammer qeyd edib ki, Avstriyanın mərkəzində atəş açan şəxsin azı biri İŞİD terror təşkilatının üzvüdür.


O, tüfənglə silahlanıb və kəmərinə bağladığı partlayıcı saxta olub.


***

Vyanada baş verən terror aktı zamanı 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Bununla bağlı Avsrtiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan yeddisinin vəziyyəti ağırdır.

Hadisə nəticəsində bir nəfər ölüb, həmçinin silahlı hücumu törədən terrorçulardan biri öldürülüb.

DİN silahlıların bir neçə nəfəri girov götürməsi ilə bağlı məlumatı təkzib edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər