Ru
22:24 / 28 May 2026

Xamenei yeni mesaj yaydı

Xamenei yeni mesaj yaydı
Eye

İranın ali lideri Müctəba Xamenei parlamentin 12-ci çağırış parlamentin üçüncü fəaliyyət ilinin başlanması münasibətilə mesaj yayıb.


Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, mesajda o, deputatların və xüsusilə parlament sədri Məhəmməd Baqir Qalibafın ölkənin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Xamenei milli birliyin qorunmasının vacibliyini vurğulayaraq ixtilafların qarşıdurmaya çevrilməməsi və parlamentin əsas diqqətini ölkənin əsas problemlərinə yönəltməsinin gərəkli olduğunu bildirib.

O, xüsusilə iqtisadiyyat, yaşayış şəraiti, inflyasiyanın nəzarətdə saxlanılması, istehsalın inkişafı və cəmiyyətdə ümid yaradılması məsələlərini ön plana çəkib.

Mesajda deputatların xalqın etimadını təmsil etməsi, cəmiyyətlə sıx əlaqədə olması, korrupsiya ilə mübarizə aparması və milli maraqları üstün tutması kimi məsələlər vurğulanıb.

M.Xamenei həmçinin xarici təzyiqlər və iqtisadi çətinliklər fonunda milli birliyi qorumağın vacibliyini qeyd edərək, düşmənlərin məqsədinin cəmiyyətdə parçalanma yaratmaq olduğunu bildirib və vəhdətin pozulmamasına çağırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar