Ru
15:57 / 21 May 2026

Xameneyi uranın ölkədən çıxarılmağını qadağan etdi

Xameneyi uranın ölkədən çıxarılmağını qadağan etdi
Eye

İranın Ali Rəhbəri ölkədəki nüvə silahı hazırlamağa yararlı uranın xaricə göndərilməsini qadağan edən rəsmi göstəriş verib.

Bakupost.az xəbər verir ki, bu barədə iranlı mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Bu addım Tehranın sülh danışıqlarında ABŞ-ın əsas tələblərindən birinə qarşı mövqeyini sərtləşdirir.

Ayətullah Müctəba Xameneyinin bu əmri ABŞ Prezidenti Donald Trampı daha da qəzəbləndirə və ABŞ-İsrailin İrana qarşı müharibəsini bitirmək üçün aparılan danışıqları mürəkkəbləşdirə bilər.

İsrail rəsmiləri isə agentliyə bildiriblər ki, Tramp İsrailə İranın atom silahı hazırlamaq üçün lazım olan yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılacağına və istənilən sülh sazişinə mütləq bu barədə bənd daxil ediləcəyinə dair zəmanət verib.

Mənbələrin bildirdiyinə görə, İranın yüksək rütbəli rəsmiləri hesab edirlər ki, materialın xaricə göndərilməsi ölkəni ABŞ və İsrailin gələcək hücumları qarşısında daha müdafiəsiz qoya bilər.

Gülsüm Baxşəliyeva, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar