Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin əməkdaşı Tufan Səfərov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a onun yaxınları deyib.
Gənc məmur yaşadığı evdə infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. O, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
T.Səfərov uzun illər təhsil və maliyyə sahəsində fəaliyyət göstərib.
O, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin maliyyə şöbəsinin əməkdaşı idi.