Ru
16:56 / 06 Noyabr 2019

Xarkovda azərbaycanlılar arasında atışma - 1 yaralı

1843
Ukraynanın Xarkov şəhərində ötən gün noyabrın 5-də saat 19 radələrində Valentinovskaya küçəsində atışma baş verib, bir nəfər güllə yarası alıb. Şahidlərin sözlərinə görə, qarşıdurma idman klubundakı “hesablaşmadan” sonra yaranıb. Hadisə zamanı “Mitsubishi” markalı avtomobilə də ziyan dəyib. Polis əməkdaşları hadisə yerindən patron və güllə götürərək ekspert araşdırmasına göndərib.

Xarkov polisi çox keçmədən atəş açan cinayətkarı müəyyən edib. Bu barədə "RBC-Ukrayna" saytı polisin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, cinayətkarın 36 yaşlı Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb. Hazırda polis cinayətkarın tutulması üzrə bir sıra zəruri tədbirlər həyata keçirir.

Polisdən bildirilib ki, qarın, çiyin və ayaq nahiyəsindən yaralanan 30 yaşlı digər Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, onun vəziyyəti orta ağır qiymətləndirilib.

Məhkəmə Təhqiqatları Vahid Reyestrinə daxil edilmiş məlumatlara görə, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci bəndinə əsasən (öldürməyə cəhd) cinayət işi başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər