Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1988-ci il təvəllüdlü Elnur Ömərov xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.