Ru
01:09 / 24 Yanvar 2020

2 azyaşlını maşın vurdu - XIRDALANDA DƏHŞƏT - VİDEO - YENİLƏNİB

7928
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 məktəbli xəsarət alıb.

BakuPost APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər