Ru
10:44 / 14 Mart 2026

Xruşşovun nəvəsi Rusiyada “xarici agent” elan edildi - SƏBƏB

Xruşşovun nəvəsi Rusiyada “xarici agent” elan edildi - SƏBƏB
Eye

Rusiya Ədliyyə Nazirliyi SSRİ-nin sabiq lideri Nikita Xruşşovun nəvəsi, beynəlxalq münasibətlər üzrə professor Nina Lvovna Xruşşovanı “xarici agent” kimi tanıyıb.

Bakupost.az-ın İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, nazirlik daha 5 nəfərin “xarici agentlər” reyestrinə daxil edildiyini açıqlayıb. Siyahıya daxil edilən şəxslərdən biri də Nina Xruşşovadır.

Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, Xruşşova xarici agent kontentinin hazırlanmasında iştirak edib və “xarici mənbə tərəfindən təqdim edilən informasiya platformasında cavabdeh şəxs kimi çıxış edib”.

Qeyd edək ki, Rusiyada “xarici agent” statusu əsasən xaricdən maliyyə və ya dəstək aldığı iddia edilən şəxslərə və təşkilatlara verilir.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar