Ru
14:15 / 29 Dekabr 2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verildi

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verildi
Eye

Azərbaycanda dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığın və proqram təminatının texniki tələblərə uyğunluğuna dair şəhadətnamə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) informasiya təhlükəsizliyinə dair müsbət rəyi təqdim edildikdən sonra veriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda qeyd olunub.

XRİTDX tərəfindən mənfi rəy verildiyi halda şəhadətnamə verilməsindən imtina olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar