Ru
10:44 / 26 İyul 2025

40 min zəvvar yoxa çıxdı

40 min zəvvar yoxa çıxdı
Eye

Pakistanın Dini İşlər Nazirliyi son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı “Bəluc Fəallarının Kampaniyası” adlı Teleqram kanalı da sənədlərə və mənbələrə istinadən yaydığı açıqlamada yoxa çıxan zəvvarların İranla əlaqəli olduğunu bildirib. Məlumata görə, bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə – “Zeynəbiyyun” və “Fatimiyun” adlı hərbi qruplaşmalara cəlb olunub.

Kampaniya qeyd edir ki, SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən bu qruplar uzun illərdir Pakistan və Əfqanıstan gənclərini ziyarət adı ilə İrana gətirir, daha sonra isə onları SEPAH-a məxsus hərbi təlim düşərgələrinə yerləşdirərək müxtəlif hərbi və ideoloji təlimlərə cəlb edirlər.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar