Ru
11:28 / 17 Noyabr 2026

Avropaya vizasız gedə biləcəyikmi: Şərtlər...

Avropaya vizasız gedə biləcəyikmi: Şərtlər...
Eye

Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevi Avropa İttifaqı və Azərbaycan arasında viza liberallaşdırılması üzrə dialoqun başlaması ideyasını dəstəklədiklərinə əmin etdiyini bildirib. O, “X”də etdiyi paylaşımda "Prezident İlham Əliyevi Aİ–Azərbaycan arasında viza liberallaşdırılması üzrə dialoq baslaması ideyasinı dəstəklədiyimizə əmin etdim" sözlərini yazıb.

Hazırkı geosiyasi vəziyyətdə Aİ-nin Azərbaycana vizasız rejim təklif etməsi nə dərəcədə realdır? Azərbaycan və Aİ yaxın zamanda vizasız rejimə keçə bilərmi?

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Xəqani Cəfərli Avropa İttifaqı ilə Azərbaycan arasında viza liberallaşdırılması çox müsbət hal olar deyib. Bu hal istər iqtisadiyyatın, istərsə də roplumun inkişafı baxımından çox önəm kəsb edir.

Onun sözlərinə görə, sərmayə sahibi vizasız gedə bilmədiyi ölkəyə sərmayə yatırmaqda həmişə tərəddüd edir. Sərmayədən əvvəl sərmayə sahibinin yolu açıq olmalıdır:

“Bu, eyni zamanda texnologiyanın cəlb edilməsinə də müsbət təsir edər. Ona görə də Avropadan sərmayə, texnologiya cəlb etmək istəyiriksə, viza liberallaşdırılması çox faydalı olar”.

Müsahibimiz hesab edir ki, digər tərəfdən, azərbaycanlı iş adamlarının və tələbələrin, peşə ixtisasını artırmaq istəyən gənc mütəxəsislərimiz üçün də Avropa İttifaqı ilə vizasız və yaxud da çox yumşaq viza sistemi faydalı olar.

Politoloqa görə, yaxın zamanlarda Aİ–Azərbaycan arasında vizasız rejimə keçilə bilmək üçün bir çox hüquqi və siyasi məsələlər həll olunmalıdır.

"Məsələn, Yunanıstan və Kipr Respublikası (Yunan Kipri) ilə siyasi məsələlər həll olunmalıdır. Daha bir neçə siyasi və hüquqi maneələr də var. Avropa İttifaqı ilə yaxın münasibətlər Azərbaycanın inkişafına təkan verə bilər. Buna görə də fədakarlıq etməyə dəyər", - deyə Xəqani Cəfərli qeyd edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar