Ru
10:21 / 17 Noyabr 2026

Zakir Həsənov onlara ali hərbi rütbələri təqdim etdi - FOTO

Zakir Həsənov onlara ali hərbi rütbələri təqdim etdi  - FOTO
Eye

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Müdafiə Nazirliyindən "Bakupost"a verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Prezidentin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Zakir Həsənov onlara ali hərbi rütbələri təqdim etdi  - FOTO
Zakir Həsənov onlara ali hərbi rütbələri təqdim etdi  - FOTO
Zakir Həsənov onlara ali hərbi rütbələri təqdim etdi  - FOTO
Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar