Ru
09:27 / 17 Noyabr 2026

Dünyanın ən böyük metro stansiyaları: Azərbaycan neçənci yerdədir?

Dünyanın ən böyük metro stansiyaları: Azərbaycan neçənci yerdədir?
Eye

Hazırda dünyanın 63 ölkəsi və 215 şəhərində metro sistemi fəaliyyət göstərir.

Beynəlxalq nəqliyyat təhlillərində istifadə olunan aqlomerasiya / xidmət zonası əhalisi üzrə hər 100 min nəfərə düşən metrostansiya sayı (və ya bir stansiyaya düşən əhali sıxlığı) baxımından ilk onluqda aşağıdakı ölkə və şəhərlər cəmləşib.
İlk sırada Norveçin paytaxtı Oslo şəhəri gəlir. Burada 101 metrostansiya var ki, hər 100 min nəfərə 5,9 stansiya düşür, bir stansiyaya düşən orta əhali sıxlığı isə 16900 nəfərdir.

İspaniyanın Bilbao şəhərində 48 metrostansiya fəaliyyət göstərir və hər 100 minə 4,8 stansiya düşür. Burada bir stansiyaya düşən orta əhali sıxlığı 20 min 800 nəfərdir.

Üçlüyü Madrid şəhəri tamamlayır. 302 stansiyaya malik şəhərdə 100 min nəfərə orta hesabla 4,2 stansiya düşür. Madriddə bir stansiyaya düşən orta əhali sıxlığı 24 min nəfərdir.

Sonrakı yerdə 100 stansiyaya malik İsveçin paytaxtı Stokholm gəlir. Şəhərdə hər yüz minə 4,1 stansiya düşür, bir stansiyaya düşən orta əhali sıxlığı isə 24200 nəfərdir.

Fransanın Lil şəhəri siyahıda 5-ci yeri tutur. Burada cəmi 60 stansiya olsa da, 100 min insan sayına görə stansiyaların sayı 3,9, bir stansiyaya düşən orta əhali sıxlığı isə 25300 nəfərdir.

99 stansiyası olan Avstriyanın paytaxtı Vyanada isə birinci göstərici üzrə rəqəm 3,4, ikinci üzrə isə 29 min 100 nəfərdir. 6-cı yerdə qərarlaşan Barselonada 166 stansiya fəaliyyət göstərir. Bu isə 100 min nəfərə 3,3 stansiya deməkdir. Bir stansiyaya düşən orta əhali sıxlığı isə 29800-dür. Balaca Sinqapur da onluqda yer alaraq, sözügedən göstəricilərə görə, hətta Berlinlə Parisi geridə qoyub. Sinqapurun 140 stansiyası üzrə hər 100 min insana 3,3 stansiya düşür, bir stansiyaya düşən orta əhali sıxlığı isə 30500 nəfərdir. Onluğu isə Berlinlə Paris tamamlayır. 175 stansiyaya malik Berlindı birinci göstərici üzrə rəqəm 2,8 stansiya, ikinci üzrə isə 35500-dür. 321 stansiyası olan Parisdə isə müvafiq olaraq 2,8 stansiya və 35800 nəfərdir.

Azərbaycana gəldikdə, Bakı Metropoliteni 3 xətt üzrə 27 stansiya ilə fəaliyyət göstərir. Rəsmi əhali statistikasına (təxminən 2,4–2,5 milyon nəfər) əsasən, Bakıda hər 100 min nəfərə 1,06–1,13 metrostansiya düşür. Bu, təxminən hər 88–94 min sakinə 1 stansiya deməkdir.

Bu göstərici ilə Bakı İrəvan istisna olmaqla digər qonşu ölkələrin paytaxtlarından geri qalır. Tiflisdə hər 100 min nəfərə -2,11 stansiya, Moskvada -2,0, Daşkənddə -1,85, Tehranda -1,57 və İstanbulda -1,43 stansiya düşür. İrəvan üzrə göstərici isə -0,9-dur.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar