Peruya səfəri zamana Roma Papası XIV Leo xoşagəlməz hadisə ilə üzləşib.
"Bakupost" xəbər verir ki, noyabrın 16-da Limada vida mərasiminə yollanan pontifik avtomobildən onu salamlayan insanlara əl edərkən izdiham arasından atılan təsbeh onun üzünə dəyib.
Adətən ona tərəf atılan suvenirləri tutaraq xeyir-dua verən Papa bu dəfə reaksiya verməyə macal tapmayıb.
Xoşbəxtlikdən, hadisə nəticəsində pontifik xəsarət almayıb və insanları salamlamağa davam edib.
Hadisədən sonra mühafizəçilər bir daha diqqətə çatdırıblar ki, izdiham arasından atılan əşyalar Papanın ictimai tədbirlər zamanı təhlükəsizliyi üçün əsas risklərdən biridir.
Yasəmən, BakuPost