Ru
12:28 / 02 Dekabr 2025

“Yat qal dala, lay-lay” – İranlı deputatlar iclasda yuxuya getdi – FOTO

“Yat qal dala, lay-lay” – İranlı deputatlar iclasda yuxuya getdi – FOTO
Eye

Bu günlərdə iranlı deputatların qeyri-adi davranışlarını əks etdirən fotolar dərc yaymışdıq.

Bakupost.az-ın təqdim etdiyi budəfəki görüntülərdə isə İran parlamenti üzvlərinin plenar iclaslarda yatmaları sosial şəbəkələrdə gözlənilməz müzakirələrə səbəb olub. İclas zamanı millət vəkillərinin mürgüləməsi sosial mediada gülüş doğurub.

Paylaşımlarda istifadəçilər deputatların “çətin iş rejiminə tab gətirmədiyini” ironiya ilə qeyd edir, bəziləri isə bunu “xalqın problemlərindən yorulmaq yox, məsuliyyətdən yuxuya getmək” kimi şərh edirlər.

Ölkədə ciddi iqtisadi və sosial çağırışlar yaşandığı bir vaxtda, parlament nümayəndələrinin iclasları yuxuda keçirməsi həm simvolik, həm də narahatedici görüntüdür. Sosial mediada isə məsələyə daha çox yumorla yanaşılır: “Görünür, parlamentdə gündəliyin ən aktiv bəndi – yuxu fasiləsidir”.






Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar