Ru
10:04 / 21 Yanvar 2026

Yollar qardan təmizlənir - FOTOLAR

Yollar qardan təmizlənir - FOTOLAR
Eye

Dünən, yanvarın 20-si gündüz saatlarından etibarən paytaxt Bakıda şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş rejimdə çalışırlar.


Bakupost.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar