Videohostinq xidməti olan “YouTube” Rusiyada 6-12 ay ərzində fəaliyyətini dayandıracaq.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov məlumat yayıb.
Bildirilib ki, “Roskomnadzor” platformanı tədricən məhdudlaşdıracaq.
Onun sözlərinə görə, məhdudiyyətlər platformanın Rusiya qanunlarına riayət etməməsi ilə bağlıdır.
Deputat həmçinin rusiyalı istifadəçiləri yerli ekvivalentlərə keçməyə çağırıb.
Qeyd edilib ki, 2026-cı il martın 1-dən “Roskomnadzor” təhlükəsizlik baxımından Rusiyanı qlobal internetdən ayırmaq üçün rəsmi səlahiyyət alacaq. Rusiya hökuməti Rəqəmsal İnkişaf Nazirliyi, “Roskomnadzor” və FTX-yə xarici təhlükələr zamanı ölkənin internet infrastrukturuna nəzarət etməyə imkan verən yeni qaydaları təsdiqləyib.