Ələt hava limanının ilk mərhələdə illik 500 min ton, gələcəkdə isə ən azı 2 milyon ton yükötürmə qabiliyyətinə çatdırılması nəzərdə tutulur.
İqtisadçı
Natiq Cəfərli “Bakupost”a bildirib ki, Azərbaycan artıq yeni logistika mərkəzinə çevrilir. Onun sözlərinə görə, ölkə dəmir və avtomobil yolları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mərkəzində yerləşir.
İqtisadçı qeyd edib ki, son dövrlərdə hava nəqliyyatı ilə yükdaşımaların əhəmiyyəti önəmli dərəcədə artıb. Buna səbəb kimi boğazların bağlanmasını və yükdaşımalarda yaranan problemləri göstərib.
“Ələtdə açılacaq yeni hava limanı əsasən yükdaşımalar üzrə ixtisaslaşır. Nəticə etibarilə bu liman hava nəqliyyatı vasitəsilə yükdaşıma mərkəzlərindən birinə çevrilməsi həm iqtisadiyyatımıza, həm də əlavə iş yerlərinin yaranmasına mühüm töhfə verə bilər”, – deyə Natiq Cəfərli bildirib.
Vüsalə Hüseynova,
BakuPost