Ru
10:32 / 24 Noyabr 2023

Aygün Həşimova niyə öldürüldü? - Dəhşətli qətlin təfərrüatları - Yenilənib-FOTO

Aygün Həşimova niyə öldürüldü? - Dəhşətli qətlin təfərrüatları -  Yenilənib-FOTO
Eye

Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.


***
10:32

Zaqatalada baş verən qətlin bəzi təfərrüatları məlum olub.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib. Qətlə yetirilən 34 yaşlı Aygün Mikayıl qızı Həşimova Zaqatalanın Qımır kəndindəndir. Hədisəni törətməkdə şübhəli sayılan 32 yaşlı Əli Fərhad oğlu Səfərov isə Şamaxı rayonundandır. Onlar ailəli olublar, bir müddət əvvəl boşanıblar. Aygün Həşimova müvəqqəti olaraq Bakı şəhərində yaşayıb. O, bir ay əvvəl Bakıdan Zaqatalaya qayıdıb.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar