Ru
16:56 / 11 Avqust 2025

Gözətçini öldürüb doğradı - Dəhşətli qətlin detalları - VİDEO

Gözətçini öldürüb doğradı -  Dəhşətli qətlin detalları - VİDEO
Eye

2024-cü il mayın 14-də hüquq-mühafizə orqanlarının apardığı istintaqla məlum olub ki, Xətai rayonunda yerləşən 55 saylı orta məktəbdə işləyən gözətçi Natiq Mehdi qətlə yetirilib və meyiti parçalanaraq Mərdəkan qəsəbəsində basdırılıb.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başladılıb, Elsevər İslamov şübhəli şəxs qismində saxlanılıb.

Belə ki, 2024-cü il mayın 9-da Elsevər İslamov iş yoldaşı ilə kafedə spirtli içki qəbul etdikdən sonra avtomobilini götürmək üçün məktəbə gedib. Orada gözətçi işləyən Natiq Mehdinin yatdığını görüb və bu səbəbdən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Elsevər Natiqə yumruq və təpiklə xəsarətlər yetirib, daha sonra avtomobilindən bıçaq gətirərək ona ölümcül zərbələr vurub. Elsevər İslamov meyiti məktəbin ərazisində gizlədib, hissələrə ayıraraq paketlərə yığıb və mayın 11-də Mərdəkan qəsəbəsində torpağa basdırıb. O, törətdiyi cinayəti mayın 14-də polis əməkdaşlarının sorğusu zamanı etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsevər İslamov Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə, meyit üzərində təhqiredici hərəkətlər və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı aşağıdakı süjetdə:









Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar