Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə Əl-Cəzirə telekanalına məlumat verib.
"Zəlzələdən sonra sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2204 nəfərə çatıb, 4000-ə yaxın insan isə yaralanıb", - o bildirib.
Onun sözlərinə görə, hakimiyyət zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı ilə üzləşib.