Ru
18:03 / 12 Avqust 2026

Zimbabvedə bərə aşıb - 37 ölü

Zimbabvedə bərə aşıb -  37 ölü
Eye

Zimbabvedə Kariba gölündə bərənin aşması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. Xilasedicilər göldə daha 24 cəsəd tapıblar, 27 nəfər isə hələlik itkin düşmüş hesab edilir.

"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumatlara görə, 77 nəfər xilas edilib və 27 nəfərin itkin düşdüyünü dəqiqləşdirilib.

Mülki Müdafiə Departamentinin məlumatına görə, bilet satışları ilə təsdiqlənmiş gəmidə 114 yetkin sərnişin və beş heyət üzvü olub. Bilet tələb olunmayan yaşdan kiçik uşaqlar da ola bilər. Məlumata görə, gəminin tutumu isə cəmi 90 nəfərdir. Bu da onu göstərir ki, bərə həddən artıq yüklənib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar