Ru
17:31 / 17 Yanvar 2019

Rəsulzadənin barelyefini oğurlayanlar TUTULDU - YENİLƏNİB

1977
 

 
Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.


Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.


Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.

 

* * * 



Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində yerləşən barelyefini oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


BakuPost xəbər verir ki, Novxanı bələdiyyəsindən Report-a həmin şəxsin qəsəbədə yaşayan Emin Məmmədov olduğunu bildiriblər.


Qeyd edək ki, Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev ötən gün Cəbhə.info-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindəki barelyefin bələdiyyə tərəfindən çıxarıldığını, təmir olunduqdan sonra yerinə qaytarılacağını açıqlamışdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər