Ru
00:41 / 27 Aprel 2024

İsraildə nazirin maşını aşdı, vəziyyəti ağırdır - VİDEO

2181
İsrail Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir avtomobil qəzasına düşüb.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb. Ben-Qvir yüngül-orta ağır vəziyyətdə “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə şahidinin sözlərinə görə, nazirin avtomobili işıqforun qırmızı işığında keçərkən yaşıl işıqda keçən avtomobillə toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər