Ru
12:10 / 18 Sentyabr 2021

"100 ilin Konservatoriyası" adlı sənədli film nümayiş olunacaq - FOTOLAR

3474
Bu gün saat 22:00-da Mədəniyyət kanalında "100 ilin Konservatoriyası" adlı sənədli filmin nümayişi olacaq.

Bu barədə filmin quruluşçu rejissoru Ruslan Mollayev Bakupost.az –a məlumat verib.

Bildirib ki, filmdə Üzeyir Hacıbəyovun yaratdığı musiqi məbədinin mühiti, ovqatı qabarıq şəkildə əks etdirilir:

“"Azərbaycantelefilm"in istehsalı olan "100 ilin Konservatoriyası" sənədli filmi indiki adı ilə desək Musiqi Akademiyasının yaranmasının 100 illiyinə həsr olunur. Filmdə məhz Üzeyir Hacıbəyovun yaratdığı musiqi məbədinin mühiti, ovqatı qabarıq şəkildə əks etdirilir.


Filmin ssenari müəllifi Mintac Elvesər, quruluşçu rejissor Ruslan Mollayev, operatorlar Adil Abbasov, Aqşin Rzayev, montaj Cabir Əlizadə, səs operatoru Əliabbas Qasımov, produser Fatimə Əzimova, Layihə rəhbəri Gülnarə Lütfəliqızı, Baş produser Elçin Musaoğludur”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər