Ru
13:18 / 01 Noyabr 2021

11 yaşlı qızı zorlayan şəxsi hansı cəza gözləyir? - Vəkil

21161
Xəbər verdiyimiz kimi, İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib.

Araşdırma zamanı məlum olub ki, atalığı hesab edilən Q. Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb.

Bəs zorlanma faktı istintaq orqanları tərəfindən təsdiq olunarsa həmin atalığı hansı cəza gözləyir?

Məsələni Bakupost.az -a vəkil Cavid Cəfərov şərh edir:



“Mən inanmıram ki, 10-11 yaşında uşaq könüllü olaraq atalığı ilə cinsi əlaqədə olub. Sadəcə psixoloji, fiziki təzyiqlər altında 11 yaşlı qız heç kimə heç nə deməyib. Həmin atalığın sosial şəbəkələrdə paylaşılan şəklindən də hiss olunur ki, o, cinayətə meyilli insandır. Təbii ki, əgər 11 yaşlı qızın atalığı tərəfindən zorlanma faktı təsdiq olunarsa, bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsinə görə 14 yaşına çatmayan şəxsi zorlama faktı kimi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsində, yəni 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və digər seksual xarakterli hərəkətlər etmə 3 ildən - 7 ilə qədər azadlıqdan məhrumetmədir.

Çox güman hesab edirəm ki, istintaq orqanları, bu şəxsin əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.3.3 maddəsi ilə əsas götürməli və elə qərar verməlidir. Yəni,14 yaşına çatmayan şəxs barəsində zorlama cinayətinin törədilməsi təsdiq olunarsa, orada 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəzi KİV-lərdə bu hadisənin qızın razılığı ilə olduğu kimi fikirlərə rast gəldim. Amma 10-11 yaşında uşağın hansı istək və könüllülüyündən söhbət gedə bilər? Ona görə hesab edirəm ki, bu iş ciddi istintaq nəzarəti altında olmalıdır. Cəmiyyətə isə bir növ həyəcan siqnalı olmalıdır”.

Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
  • t.ədalət

    Qızı 11 yaşında doğuzdurub.Ola bilsin ki,7-8 yaşından zorlayıb.

  • X

    Belələrini və bularana haqq qazandırmaq istəyənləri diri-diri yandırmaq lazımdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər