“Ucqar kənd məktəblərində müəllim çatışmazlığının həlli üçün tətbiq olunan hibrid təhsil modelinin əhatə dairəsi genişləndirilir”.
"Bakupost" AzEdu.az-a istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov sentyabr konfransında açıqlayıb.
“Ötən tədris ilində 8 məktəbdə tətbiq olunan model yeni tədris ilində 48 məktəbi əhatə edəcək. Bu modeldə müəllim təminatı mümkün olmayan məktəblərə yüksək nəticə göstərən müəllimlər distant formada cəlb olunur və onlayn dərs keçir”, – E.Bağırov qeyd edib.