Ru
23:10 / 24 İyul 2020

117 nəfər həmyerlimiz Almatıdan Azərbaycana gətirildi - FOTOLAR

117 nəfər həmyerlimiz Almatıdan Azərbaycana gətirildi -  FOTOLAR
Eye

İyulun 24-də AZAL aviaşirkətinin çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatıdan vətənə gəlib.

Bu barədə "BakuPost"a AZAL-dan məlumat verilib.

Bildirilir ki, həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.

Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar