Ru
16:03 / 29 Yanvar 2020

16 yaşlı qızı evləndirdilər, iki həftə sonra öldü - Masallıda - FOTO

16 yaşlı qızı evləndirdilər, iki həftə sonra öldü -  Masallıda - FOTO
Eye

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

BakuPost xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Vəfat edən qız rayonun Həsənli kənd sakini 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır. Yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.


Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı Rayon Prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, mərhum qızın 16 yaşı olub: “Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar