Ru
15:46 / 18 Dekabr 2025

185 milyardı itirmək qorxusu – Rusiya casusları belçikalı rəsmiləri hədələyir

185 milyardı itirmək qorxusu – Rusiya casusları belçikalı rəsmiləri hədələyir
Eye

Rusiya xüsusi xidmət orqanlarının Belçika rəsmilərinə və yüksək vəzifəli maliyyə rəhbərlərinə təzyiq göstərdiyi və hədə-qorxu gəldiyi iddia olunur.

Bakupost.az “The Guardian” qəzeti istinadən xəbər verir ki, bunda məqsəd 185 milyard avro məbləğində dondurulmuş Rusiya aktivlərini qorumaqdır. Avropa Birliyi bu yaxınlarda Belçikadakı aktivlərin Ukraynaya kredit təminatı üçün istifadə olunması haqda qərar qəbul etdi. Rusiyanın Mərkəzi Hərbi Kəşfiyyat İdarəsi (GRU) isə qərara mane olmaq üçün təzyiqə başlayıb.

Həmin aktivlər Belçikanın maliyyə sisteminin əsas elementlərindən biri olan “Euroclear” beynəlxalq maliyyə depozitarisində saxlanılır. Qeyd olunur ki, Rusiyanın xarici valyuta ehtiyatlarının böyük hissəsi məhz bu struktur üzərindən keçib. Bu səbəbdən “Euroclear” vəzifəli şəxsləri birbaşa hədəf seçilib. Mənbələrin bildirdiyinə görə, Belçikanın baş naziri Bart De Vefer də Rusiya kəşfiyyatı ilə əlaqələndirilən şəxslərdən təhdid mesajları alıb.

“The Guardian” yazır ki, Moskva bu vəsaitlərin Ukraynanın maliyyələşdirilməsində istifadəsinin qarşısını almaq üçün diplomatik və qeyri-rəsmi təsir alətlərini artırıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar