Ru
17:56 / 11 Dekabr 2019

2 milyon mənimsəyən sabiq rəis özünü günahkar bilmir

1911
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Bakı Lift -2” İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BakuPost.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.


Prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. R. Dilanov ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. Həmçinin qeyd olunub ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb. Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

R. Dilanov özünü təqsirli bilməyib.

Məhkəmə prosesi dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə zərərçəkmiş qismində “Bakı Lift Təmir” İstehsalat Birliyi tanınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər