Yol polisi əməkdaşlarının çevik müdaxiləsilə yola dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.
Bu barədə
Bakupost.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hazırda Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dairədə olan işıqforlara "yaşıl dalğa" rejimi tətbiq edilir.
Qeyd edək ki, Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbi ilə Bakı-Sumqayıt şosesində, metronun "20 Yanvar" stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranmışdı.