Ru
21:43 / 27 Noyabr 2025

Generalı qətlə yetirən şəxsə HÖKM çıxarıldı

Generalı qətlə yetirən şəxsə HÖKM çıxarıldı
Eye

Rusiyada 2-ci Qərb Dairə Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində təqsirli bilinən İqnat Kuzini ömürlük həbs cəzasına məhkum edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, general-leytenant aprelin 25-də qətlə yetirilib. Müstəntiqlər müəyyən ediblər ki, İqnat Kuzin general Moskalikin yaşadığı binada mənzil kirayələyib. 2025-ci ilin fevral ayında o, avtomobil alıb və onu hərbçinin evinin yaxınlığında saxlayıb. Hadisəni törədən şəxs avtomobilin içərisinə partlayıcı yerləşdirib və general binadan çıxarkən həmin partlayıcılar uzaqdan işə salınıb. General dərhal ölüb.

İqnat Kuzin həmin gün Türkiyəyə uçsa da, orada saxlanılaraq Rusiyaya geri göndərilib. Dindirilmə zamanı o, təqsirini tam etiraf edib. Müttəhimin sözlərinə görə, ona Ukrayna xüsusi xidmət orqanları terror aktı üçün 18 min dollar, həmçinin AB ölkələrindən birində yaşamağa icazə verən yeni sənəd vəd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar