Ru
19:11 / 27 Noyabr 2025

Sabiq komitə sədri vəzifəsindən çıxarıldı

Sabiq komitə sədri vəzifəsindən çıxarıldı
Eye

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin (PHŞ) Naxçıvan Yol Təmir Tikinti İstismar Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru işdən çıxarılıb.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Cəfər Məhərrəm oğlu Muxtərov müvafiq əmrlə vəzifəsindən azad olunub. Onu MMC-nin direktor müavini Hidayət İmanov əvəz edir.

Qeyd edək ki, Cəfər Muxtərov vaxtilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. 2016-cı ildə Ali Məclisin ovaxtkı sədri Vasif Talıbov tərəfindən vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Şərur Yol Təmir Tikinti İstismar MMC, Culfa Yol Təmir Tikinti İstismar MMC, Kəngərli Yol Təmir İstismar MMC, Babək Yol Təmir İstismar MMC, Sədərək Yol Təmir İstismar MMC, Şahbuz Yol Təmir İstismar MMC, Ordubad Yol Təmir İstismar MMC Naxçıvan Yol Təmir Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilib. MMC-nin qanuni təmsilçisi Cəfər Məhərrəm oğlu Muxtərov seçilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar