Ru
22:28 / 27 Noyabr 2025

İran ABŞ-ın hazırkı hökumətini dialoqa layiq tərəfdaş hesab etmir - Xamenei

İran ABŞ-ın hazırkı hökumətini dialoqa layiq tərəfdaş hesab etmir - Xamenei
Eye

ABŞ 12 günlük müharibə zamanı ən müasir hərbi texnikadan istifadə etsə də, İran xalqının müqaviməti qarşısında nəticə əldə edə bilmədi.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Xamenei bildirib.

Qəzza zolağındakı müharibəyə toxunan Xomenei qeyd edib ki, bölgədə baş verən “soyqırım” və onun məsul şəxsləri “bütün dünya tərəfindən lənətlənir”. O, İsrailin Baş nazirini “dünyanın ən çox nifrət edilən adamı” adlandırıb.

Xameneinin sözlərinə görə, Qəzza müharibəsi Vaşinqtonu beynəlxalq arenada “indiyə qədər görünməmiş dərəcədə təcrid vəziyyətinə” salıb. O, bunun səbəbi kimi ABŞ-ın İsrailə açıq dəstəyini göstərib.

Ayətullah Xamenei mövcud ABŞ administrasiyasını “müharibə təhrikçisi” adlandıraraq, İranın bu hökuməti dialoqa layiq tərəfdaş hesab etmədiyini vurğulayıb.

O, həmçinin ABŞ-ı Ukraynada müharibənin başlanmasına səbəb olmaqda ittiham edib və baş verən münaqişənin əsas günahkarı kimi Vaşinqtonu göstərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar