Ru
19:55 / 27 Noyabr 2025

Qonşuda hava kəskin dəyişir, çovğun olacaq - Bakını nə gözləyir?

Qonşuda hava kəskin dəyişir, çovğun olacaq - Bakını nə gözləyir?
Eye

Türkiyəni soyuq qış gözləyir. Tezliklə havanın temperaturu aşağı düşəcək, yağış və qar yağacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Hidrometeorologiya Baş İdarəsi məlumat yayıb. Qurumdan bildirilib ki, noyabrın 30-dan başlayaraq ölkədə hava kəskin dəyişəcək. Ayın sonuncu günü Türkiyənin 80 vilayətinə güclü yağış yağacaq.

Qarlı hava şəraiti isə dekabrın 20-dən başlayacaq. Ən çox qar Sivas, Gümüşhane, Ərzincan, Bingöl, Ərzurum, Muş, Bitlis, Hakkari, Van, Ağrı, Qars, Ardahan və Bayburt vilayətlərinə yağacaq.

Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Qardaş Türkiyədə havanın sərtləşməsi, soyuq hava kütləsinin ölkəmizə gəlib-gəlməyəcəyini, Azərbaycandakı mövcud hava Bakıda bu il qışın necə keçəcəyini aktuallaşdırır. “AccuWeather” platformasının proqnozlarına görə, yanvar ayında Bakıya da qar yağacağı ehtimal olunur. Ekoloq Ənvər Əliyev isə açıqlamasında sərt qışa hazır olmağın zəruriliyini vurğulayaraq tədbir görülməsə Bakının "dona" biləcəyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar