Müasir lüks avtomobillər artıq təkcə nəqliyyat vasitəsi deyil, texnologiya və dizaynın birləşdiyi yüksək səviyyəli sənət nümunələridir. 2025-ci il bu sahədə yeni dövr açıb – burada eksklüzivlik, performans və estetika bir araya gəlir. Bu avtomobillərin hər biri sahibinin xarakterini ifadə edən, idarə etməyi bir zövqə çevirən xüsusi modeldir.
Bakupost.az xəbər verir ki, “Naked Science” portalı 2025-ci ilin dünyanın ən bahalı beş avtomobilini təqdim edib.
1. “Rolls-Royce La Rose Noire Droptail”
30 milyon dollar dəyərindədir, maksimal sürəti 250 km/saatdır. Böyük Britaniyanda istehsal olunan avtomobil 100 km/saat sürəti 5 saniyədə yığır və 563 at gücünə malikdir.
2. “Rolls-Royce Boat Tail”
28 milyon dollara satılır, maksimal sürəti 250 km/saatdır. Böyük Britaniyanda yığılan avtomobil 5,6 saniyədə 100 km/saat çatır və 563 at gücü mühərriklə təchiz olunub.
Qeyd edək ki, hər iki avtomobil Vest-Sasseks (UK) şəhərində yerləşən Qudvud (Goodwood) şirkətinə məxsusdur.
3. “Bugatti La Voiture Noire”
18,8 milyon dollarlıq super avtomobil olub, 420 km/saat maksimal sürətə sahibdir. Molsheim (Fransa) şirkətinə məxsus avtomobil 0-100 km/saat sürəti 2,5 saniyəyə yığır və 1500 at gücü ilə seçilir.
4. “Pagani Zonda HP Barchetta”
17 milyon dollara satılır, maksimal sürəti 385 km/saatdır. İtaliyanın Modena bölgəsində yerləşən, ultra-eksklüziv hiperkarlar istehsal edən “Pagani Automobili S.p.A.” şirkətinin istehsal etdiyi avtomobil 3,5 saniyədə 100 km/saat sürət yığır və 800 at gücünə malikdir.
5. “SP Automotive Chaos”
14,5 milyon dollarlıq modeldir, 499 km/saat maksimal sürətə çatır. Dünyanın ən güclü və ən sürətlisi kimi təqdim olunan avtomobil 0-100 km/saat sürəti cəmi 1,5 saniyədə əldə edir. Yunan mühəndis Spiros Panopoulos tərəfindən yaradılan “SP Automotive” şirkətinin istehsalı olan “hipercar” 3000 at gücü ilə dünya rekordçularından sayılır.
Cavid, BakuPost