İranda portağallar sənaye boyası ilə narıncıya rənglənir.
Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, meyvə satanlar birliyi bildirib ki, bu səbəbdən Rusiya, Özbəkistan və Azərbaycan İran narıncılarının idxalını qadağan edib.
Ekspertlər xəbərdarlıq edir ki, qeyri-qanuni boyalar həm məhsulun keyfiyyətini, həm də insanların sağlamlığını təhlükəyə atır.
Bəs Azərbaycan? Bu cür təhlükəli məhsulların yerli bazarlara çıxarılma ehtimalı varmı və olacağı təqdirdə qarşısı necə alınacaq?
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentindən (AQTA) verilən məlumatda qurumun qeyd olunan məsələdən xəbərdar olduğu bildirilib.
“Sosial şəbəkədə yayılan görüntülər Agentlik tərəfindən nəzarətə götürülüb. Araşdırmalar aparılır. Bildiririk ki, ölkəyə idxal olunan bitkiçilik məhsullarına riskəsaslı yanaşma ilə nəzarət həyata keçirilir. Məsələnin nəticələri ictimaiyyətə açıqlanacaq”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, İrandan gələn meyvələrdə, məhz portağallarda 2 il öncə də sağlamlığa təhlükə saçan viruslar tapılmışdı. Nəticədə İrandan idxal olunan 20 tona yaxın portağal məhv edilmişdi.