Ru
14:29 / 27 Noyabr 2025

Roma papası ilk səfərini Türkiyəyə etdi – VİDEO

Roma papası ilk səfərini Türkiyəyə etdi – VİDEO
Eye

Papa XIV Leo Türkiyə paytaxtı Ankaraya gəlib. Vatikan Dövlət Başçısı və Katolik Kilsəsinin rəhbəri olaraq bu, onun vəzifəyə gəlməsindən sonra ilk xarici səfəridir və son 11 ildə bir müqəddəs taxt-tac sahibinin Türkiyəyə etdiyi ilk ziyarət kimi tarixə düşüb.

Bakupost.az xəbər verir ki, Papa XIV Leo noyabrın 30-dək Ankara, İstanbul və İznikdə görüşlər keçirəcək. Səfər zamanı İsrail Fələstin münaqişəsi, Orta Şərqdə sülhün qurulması və digər regional və qlobal məsələlər müzakirə olunacaq. XIV Leonu üç kardinal müşayiət edir. Ziyarət səbəbilə İstanbulda bir çox magistral müvəqqəti olaraq bağlanacaq. 1,4 milyon üzvü olan qlobal Katolik Kilsəsinin rəhbəri olan XIV Leo Türkiyədən sonra Livana gedəcək.

Papa XIV Leo Türkiyəni ziyarət edən beşinci müqəddəs taxt-tac başçısıdır. Ondan əvvəl Paul VI (1967), II Cohn Paul (1979), XIV Benedikt (2006) və Fransis (2014) səfər etmişdi.

Anıtqəbiri ziyarətindən sonra Papa Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar