Ru
11:56 / 12 Yanvar 2026

Məşhur fransız klubu azərbaycanlı futbolçunu istəyir

Məşhur fransız klubu azərbaycanlı futbolçunu istəyir
Eye

Fransanın “Sent Etyen” klubunun qış transfer pəncərəsi üçün Azərbaycan millisinin və “Qarabağ” klubunun oyunçusu Elvin Cəfərquliyevi diqqət mərkəzində saxladığı məlum olub.


Bu barədə Fransanın “butfootballclub.fr” portalı məlumat yayıb.
Portalın məlumatına görə, “Qarabağ”ın 25 yaşlı sol cinah müdafiəçisi 2025-ci ildə Azərbaycanın ən yaxşı oyunçusu seçilib.

“Təkcə bu mövsüm o, bütün yarışlarda cəmi üç oyun buraxıb ki, bu da nadir hallarda rast gəlinən davamlılığın və yüksək fiziki hazırlığln sübutudur”, - portal qey edib.

Portal həmçinin Cəfərquliyevi meydanda intizamlı bir müdafiəçi kimi xarakterzə edib.
“33 dəfə Azərbaycan milli komandasının heyətində yer alan və bir qol vuran Cəfərquliyev həm də milli komandanın əsas oyunçusudur”, - portal əlavə edib.

Cəfərquliyevə 3 illik müqavilə təklif olunacağı gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar