Ru
12:24 / 12 Yanvar 2026

Hamilə qadının müalicəsi faciəyə çevrildi: Diş kökündə iynə tapıldı - ŞİKAYƏT

Hamilə qadının müalicəsi faciəyə çevrildi: Diş kökündə iynə tapıldı - ŞİKAYƏT
Eye

Bakıda 7 aylıq hamilə qadın diş müalicəsi zamanı həkim səhlənkarlığı ilə üzləşdiyini iddia edir.

Bakupost.az xəbər verir ki, bu barədə Sevinc Ələskərova adlı şikayətçi məlumat verib.

Onun sözlərinə görə, stomatoloq Xəyalə Nəsirli tərəfindən 3–4 il əvvəl sinir müalicəsi etdirdiyi dişində son vaxtlar şiddətli ağrılar başlayıb. Ağrıya dözməyərək başqa həkimə müraciət edən şikayətçi rentgen müayinəsi zamanı diş kökündə iynə qırıqlarının qaldığını öyrənib:

“Təsəvvür edin, 3–4 il əvvəl sinir müalicəsi etdirmişəm. Üzr istəyirəm, hazırda 7 aylıq hamiləyəm. Son vaxtlar dişim ağrı verməyə başladı. Dişimin üstünə basa bilmirdim, sıxa bilmirdim, ağzım açıq halda yatıb-gəzirdim. Artıq dözə bilməyib dərman içdim, keçmədi. Keyidici vurdum, yenə keçmədi, əksinə, şiddətləndi. Başqa həkimin yanına getdim. Sağ olsun, rentgen etdi. Siz demə, dişimin dibində iynə qırılaraq iki hissəyə bölünmüş şəkildə qalıb və diş kökü ilə birlikdə çıxıb, oradan da damağa, sümüyə dəyirmiş. Bunu görəndə yoldaşımla şok keçirdik. Həkim dedi ki, ancaq diş çıxmalıdır ki, rahatlayasan. İynə dişi bölmüşdü, çıxarmaq artıq dözülməz hala gəlmişdi. Məcbur iynə vuruldu (amma heç keyimədi).”

Şikayətçi hazırda vəziyyətinin ağır olduğunu və artıq 10 gündür nə yeyə, nə də işə gedə bildiyini bildirir:

“İndi damağım yarılıb, şişib, ağrısına dözmək mümkün deyil. O qədər halsız olmuşam ki, ağlamaqdan gözümü belə aça bilmirəm. Allah özü mənə yazığı gəlib ki, hamiləyəm, irin yaranmayıb. Bəs Dr. Xəyalə bunu edəndə kor olub? Görməyib ki, əlində iynə qırılıb? Mənə dedilər ki, get sevin, irin verməyib, bəd xəstəlik törətməyib. Belə həkim adı altında camaatı bədbəxt edənlər çoxdur! Allaha tapşırmışam və məhkəməyə də verəcəyəm. Bununla bağlı özünə də şikayətimi bildirmişəm.”

İddialarla bağlı stomatoloq Xəyalə Nəsirli açıqlama vermək istəməyib.

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar