Ru
14:08 / 12 Yanvar 2026

Prezident bu şəxslərin hərbi xidmət müddətini 6 ay azaltdı

Prezident bu şəxslərin hərbi xidmət müddətini 6 ay azaltdı
Eye

Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb.

 Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Beləliklə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il (hazırda həmin müddət 1 il 6 aydır) müəyyən ediləcək.

Eyni zamanda, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rübəsi veriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar